"31 idmançımız yarışda mübarizə aparacaq. Onların arasında gənclər də olacaq".
İdman.biz-in məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanın gənc atıcıları bir sıra turnirlərdə medallar əldə ediblər: "Hər növdə idmançılarımız çıxış edəcəklər. Hamı kimi, onlar da birinci olmaq arzusundadırlar. Atıcılarımız üçün hər cür şərait yaradılıb".
Qeyd edək ki, bu gün dünya çempionatının açılış mərasimi gerçəkləşəcək. Yarış sentyabrın 1-də başa çatacaq.
İdman.biz