Lunyov Avropa çempionatında 2-ci medalı qazanıb

Xəbərlər
2 İyun 2024 18:25
585
Lunyov Avropa çempionatında 2-ci medalı qazanıb

Azərbaycan yığması Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında növbəti medalı qazanıb.

İdman.biz xəbər verir ki, Ruslan Lunyov fəxri kürsüdə yer alıb.

O, 25 metr məsafəyə iriçaplı tapançadan atəş açmada 2-ci yeri tutub. Bu onun çempionatda 2-ci medalı olub.

Qeyd edək ki, Lunyov 25 m məsafədən standart tapançada atəşaçmada 3-cü yeri tutub.

İdman.biz