Lunyov bürünc qazanıb

Xəbərlər
31 May 2024 19:14
774
Lunyov bürünc qazanıb

Ruslan Lunyov Avropa çempionatında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, o, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan yarışda fəxri kürsüdə yer alıb.

Təmsilçimiz 25 m məsafədən standart tapançada atəşaçmada 3-cü yeri tutub. O, 570 xal toplayıb.

Qeyd edək ki, bu yığmamızın Avropa çempionatında ilk medalı olub.

İdman.biz