Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, gənclərin 50 m məsafədən tapança ilə atəş açma yarışı başa çatıb.
Azərbaycan snayperi Vladislav Kalmıkov da hədəf önünə keçib. O, 535 xal toplayıb. İdmançımız yarışda 5-ci yeri tutub.
Qeyd edək ki, gənclərin mübarizəsində 12 atıcı iştirak edib.
İdman.biz