Son şans

Xəbərlər
30 May 2024 16:48
528
Son şans

Azərbaycan atıcıları Dünya kubokunda iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, yarış Almaniyanın Münhen şəhərində baş tutacaq.

Sabah start götürəcək yarış iyunun 8-dək davam edəcək. Kubokda ölkəmizin iki snayperi hədəf önünə keçəcək. Münhendə ölkəmizi Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcəklər.

Qeyd edək ki, Almaniyadakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün reytinqi xalını qazanmaq üçün son turnirdir. İyunun 9-da açıqlanacaq dünya reytinqinə əsasən hər bir kateqoriyada sonuncu olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək. Lunyov artıq lisenziya qazandığından Münhen sınağı Nəsirova üçün son şansdır.

İdman.biz

Məqalədə: