Avropa çempionatında 15-ci yer

Xəbərlər
24 May 2024 17:02
123
Avropa çempionatında 15-ci yer

İtaliyanın Lonato del Qarda şəhərində keçirilən stend atıcılığı üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan millisinin 5 üzvü də hədəf önünə keçib.

Niyaz Ağazadə 119 xalla 26-cı, Emin Cəfərov 115 xalla 59-cu, Fuad Qurbanov 108 xalla 79-cu yeri tutub.

Atıcılarımızdan ibarət komanda 342 xalla 13-cü olub.

Regina Meftahətdinova 115 xalla 15-ci yeri tutub. 6 xal geri qalan Nurlana Cəfərova 29-cu olub.

Qeyd edək ki, qitə çempionatı mayın 27-dək davam edəcək.

İdman.biz

Məqalədə: