Atıcılarımız Avropa çempionatına gedir: Olimpiya lisenziyası üçün

Xəbərlər
13 May 2024 17:10
231
Atıcılarımız Avropa çempionatına gedir: Olimpiya lisenziyası üçün

İtaliyanın Lonato del Qarda şəhərində keçiriləcək stend atıcılığı üzrə Avropa kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız yarışda 14 snayperlə təmsil olunacaq.

Səngər stendi (trap) üzrə yarışda Aydan Camalova, Aylin Quliyeva, Əli Hüseynli, Nərmin Cəfərova, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Kamil Mədətov, Murtaza Novruzlu və Əlimirzə Quliyev təmsil edəcəklər. Niyaz Ağazadə, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftahətdinova skitdə mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 27-dək davam edəcək yarışda Paris-2024-ə 4 lisenziyanın sahibi bəlli olacaq. Fərdi yarışlarda hər növdə bir idmançı Fransa paytaxtına bilet qazanacaq.

İdman.biz

Məqalədə: