Klemen Besua: “Bakı sevdiyim şəhərdir, hər dəfə buradan medalla qayıdıram” - FOTO

Müsahibə
11 May 2024 13:44
134
Klemen Besua: “Bakı sevdiyim şəhərdir, hər dəfə buradan medalla qayıdıram” - FOTO

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku başa çatacaq.

İdman.biz xəbər verir ki, turnirin son günündə kişilər arasında 25 m məsafəyə sürətli atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Koreyalı Jong Ho Song bürünc medalla kifayətlənib.

Qızıl medal uğrunda mübarizədə Çin atıcısı ilə Yuehong Li ilə Fransanı təmsil edən Klemen Besua münasibətlərinə aydınlıq gətirib. Həlledici mərhələdə 5 atışın hamısını dəqiq yerinə yetirən asiyalı qalib adını qazanıb. Ötən il Bakıda keçirilən dünya çempionatında gümüş alan Besua yenə eyni uğuru təkrarlayıb.

Mükafatlandırma mərasimindən sonra fransalı bildirib ki, həlledici mərhələdə büdrəməyinin səbəbi rəqibinin 5 atışın hamısını dəqiq yerinə yetirməsi olub: "O, bacardı, mən isə yox. Bu cür anlarda daha diqqətli olmaq lazımdır. Qızıl medal almaq üçün həvəsli idim. Çünki buna qədər Bakıda bürünc və gümüş medallara sahib olmuşdum. Çox istəyirdim "qızıl" da alım. Bu dəfə də istəyimə çatmadım. Eybi yox, növbəti səfərimdə bacararam. Bakı sevdiyim şəhərlərdəndir. Atıcılıq mərkəzindəki final zalı da möhtəşəmliyi ilə diqqət çəkir. Bəlkə də buna görədir ki, hər dəfə buradan medalla qayıdıram. Bir gün Bakıda qızıl medal da alacağam".

İdman.biz

Məqalədə: