Skitdə finalçılar müəyyənləşib

Xəbərlər
9 May 2024 15:05
Skitdə finalçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda daha bir növdə təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, kişilərin skit yarışında final mərhələsinə vəsiqələrin sahibləri bəlli olub.

Azərbaycan atıcıları həlledici raunda vəsiqə qazana bilməyib. Niyaz Ağazadə 117 xalla 40-cı, Fuad Qurbanov 114 xalla 61-ci, Cavid Həsənov 112 xalla 65-ci, Əli Mustafayev 112 xalla 68-ci, Hüseyn Mahmudov 97 xalla 79-cu olub.

Qeyd edək ki, bu növdə final mərhələsi saat 17:15-də başlayacaq.

İdman.biz

Məqalədə: