Azərbaycan atıcısı MDB Oyunlarında qızıl medal qazanıb

Xəbərlər
8 Avqust 2023 16:50
116
Azərbaycan atıcısı MDB Oyunlarında qızıl medal qazanıb

Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.

İdman.biz-in məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.

İdman.biz