Dortmundda daha 1 qızıl medal

Xəbərlər
24 Mart 2024 09:08
330
Dortmundda daha 1 qızıl medal

Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə keçirilən ISAS 2024 beynəlxalq turnirində Azərbaycan millisi daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmanın snayperi Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada hədəfə düşüb.

O, daha sərrast olaraq qızıl medal qazanıb.

Qeyd edək ki, millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

İdman.biz