Millimiz Macarıstanda 3-cü medalı qazanıb - FOTO

Xəbərlər
28 Fevral 2024 21:31
172
Millimiz Macarıstanda 3-cü medalı qazanıb - FOTO

Macarıstanın Dyor şəhərində 10 m məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması turnirdə üçüncü medala sahib çıxıb.

Barxalova Sofiya, Leyli Əliyeva və Zeynəb Sultanova ibarət üçlük komanda yarışlarında bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının ilk günlərində daha 2 bürünc əldə edib.

İdman.biz

Məqalədə: