Dünya kubokuna yollanacaq millinin heyəti bəlli olub

Xəbərlər
3 Fevral 2024 14:38
153
Dünya kubokuna yollanacaq millinin heyəti bəlli olub

Fevralın 4-də Mərakeşin paytaxtı Rabatda stent atıcılığı üzrə Dünya kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Dünya kubokunda səngər stendi yığmamızın heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev hədəf önünə keçəcəklər.

İdman.biz

Məqalədə: