Dünya kubokunda ən yaxşı nəticə - 12-ci yer

Xəbərlər
2 Fevral 2024 12:33
175
Dünya kubokunda ən yaxşı nəticə - 12-ci yer

Misirin paytaxtı Qahirədə atıcılıq üzrə Dünya kuboku keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı Nigar Nəsirova və Ruslan Lunyov təmsil edib.

Lunyov 10 m məsafədən pnevmatik tapançada 578 xalla 12-ci yeri tutsa da, 25 m-də tapança ilə sürətli atəşaçmada çıxışını başa çatdıra bilməyib.

Nəsirova isə 10 m məsafədə 21-ci, 25 m-də 35-ci (hər ikisində 571 xal) olub.

10 m pnevmatik tapança ilə qarışıq komanda yarışında isə Lunyov və Nigar 572 xalla 12-ci pillədə qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: