Bakıda dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Xəbərlər
31 Avqust 2023 13:34
117
Bakıda dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Bakıda atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Bundan əvvəl isə son medalçılar mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala layiq görülüb.

Həmin növün komanda yarışında Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəş açmada isveçli Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub.

Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edib.

Ağa Dadaşzadə

İdman.biz