Bakıda atıcılıq üzrə dünya çempionatı davam edir.
İdman.biz -in məlumatına görə, final günlərində qeyri-olimpiya növləri üzrə yarışlar keçiriləcək. Dünya Çempionatında 48 lisenziya oynanılıb ki, onlardan sonuncusu stend atıcılığında olub. Onların sahibləri Yu-Çun Lin (Tayvan), Ketrin Murşe (Almaniya), Çui Vu (Çin), Rajeşvari Kumari (Hindistan) və Covanni Peliello (İtaliya) olub.
Qeyd edək ki, dünya çempionatının ümumi hesabında Çin (15-7-6) liderdir, Hindistan (6-0-8) və İsveçrə (5-4-4) ikinci yerdədir.
Azərbaycan yığmasının aktivində üç medal var. Nigar Nəsirova çempion (25 metr məsafəyə mərkəzi atəşli tapançadan atəş), Nərminə Səmədova eyni növdə gümüş medal qazanıb. Həmçinin, Nəsirova, Səmədova və Zeynəb Sultanova kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada komanda yarışında ikinci olublar.
Nicat Zəkiyev
İdman.biz