Samboçularımız dünya birinciliyindən 5 medalla qayıdır - FOTO

Xəbərlər
9 Oktyabr 2023 16:30
Samboçularımız dünya birinciliyindən 5 medalla qayıdır - FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə sambo üzrə dünya birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa vurub.

Yeniyetmə idmançılarımızdan Nicat Sultanov (71 kq) gümüş, Ziyəddin Zeynallı (53 kq) və Sulhan Süleymanlı (79 kq) bürünc mükafat qazanıblar. Gənc idmançılarımızdan isə Sahib Babayev (58 kq) və Rəsul Aydəmirov (98 kq) gümüş medala sahib olublar.

İdman.biz