Su idmanı “Classics & Supercars” festivalına Xəzərdə rəng qatdı - FOTO

7 İyun 2026 16:53
90
Su idmanı “Classics & Supercars” festivalına Xəzərdə rəng qatdı - FOTO

Su idmanı üzrə Azərbaycan Su İdman Növləri Federasiyası Bakıda keçirilən “Classics & Supercars” avtomobil festivalında iştirak edib.

İdman.Biz xəbər verir ki, 6-7 iyun tarixlərində Dənizkənarı Milli Park ərazisində təşkil olunan tədbir Azərbaycan Avtomobil Federasiyası və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə baş tutub. Festivalda klassik avtomobillər, superkarlar və idman avtomobilləri nümayiş olunub.

İki gün davam edən festival təkcə avtomobil həvəskarlarının deyil, müxtəlif idman növlərinə maraq göstərən iştirakçıların da diqqətini çəkib. Tədbirin proqramına Azərbaycan Su İdman Növləri Federasiyasının nümunəvi çıxışları da daxil edilib.

Federasiyanın kayak və yelkən qayıqları Xəzər dənizində xüsusi görüntülər yaradıb. İdmançıların nümayiş etdirdiyi çıxışlar festivala əlavə dinamika qatıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.

İdman.Biz