Beş yelkənçimiz Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq - FOTO

10 İyun 2026 16:44
91
Beş yelkənçimiz Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq - FOTO

Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatının reqatasında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilir ki, yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.

İdman.Biz