Azərbaycan idmançıları "Olimpiya ümidləri" turnirində iştirak edəcəklər

14 Sentyabr 2026 22:57
69
Azərbaycan idmançıları "Olimpiya ümidləri" turnirində iştirak edəcəklər

Sentyabrın 15-dən 20-dək Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə "Olimpiya ümidləri" beynəlxalq turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası yarışda 6 idmançı ilə təmsil olunacaq.

Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoedə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyətində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.

Beynəlxalq turnir gənc kayak və kanoeçilərin beynəlxalq səviyyədə təcrübə qazanması və rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İdman.Biz