Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan reqatasında iştirak edəcək Türkiyə komandası Bakıya gəlib.
İdman.Biz xəbər verir ki, qonaq heyət doqquz idmançı və bir milli komanda məşqçisindən ibarətdir.
Türkiyə nümayəndələri Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən bazası ilə tanış olublar.

Açıq Azərbaycan çempionatı 12-14 sentyabr tarixlərində Şıxov çimərliyi ərazisində keçiriləcək. Yarışlara hər gün saat 11:00-da start veriləcək.
Mükafatlandırma mərasimi 14 sentyabr saat 18:00-da təşkil olunacaq.
