Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku"na yekun vurulub - FOTO

3 May 2026 21:07
204
Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku"na yekun vurulub - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku" turnirinə yekun vurulub. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşib.

İdman.Biz xəbər verir ki, 12 yaşadək idmançıların yarışdığı “Optimist” sinfində Kamilla Həsənova birinci yeri tutub. Eyni sinifdə qızların mübarizəsində Səma Mansurzadə, ümumi kateqoriyada isə Kamal Bəşirli bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıblar. “İLCA 4” sinfi üzrə ümumi kateqoriyada isə Nəzrin Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sonda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Nəticələr aşağıdakı kimi olub:

Optimist sinfi (12 yaşadək)

1. Kamilla Həsənova (ASİNF)
2. Gülistan Elif Güzel (“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu)
3. Dimitri Petrenko (“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu)

Optimist sinfi (qızlar)

1. Səma Mansurzadə (ASİNF)
2. Yağmur Həsənli (ASİNF)
3. Amira Bayramova (ASİNF)

Optimist sinfi (ümumi kateqoriya)

1. Kamal Bəşirli (ASİNF)
2. Səma Mansurzadə (ASİNF)
3. Furkan Mustafayev (ASİNF)

İLCA 4 sinfi (ümumi kateqoriya)

1. Nəzrin Məmmədova (ASİNF)
2. Nərgiz Məmmədova (ASİNF)
3. Emir Ələkbərov (“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu).

İdman.Biz