İspaniyada təşkil olunan yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Lazer Sinfi Assosiasiyası) Avropa çempionatının rəsmi açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası turnirdə iki idmançı ilə təmsil olunur.
Ölkəmizi yarışda Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.
Komandanın məşqçisi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgianidir.
