Bakıda yelkən həyəcanı: Dənizkənarı Bulvarda keçirilən reqatadan İDMAN.BİZ-in FOTOREPORTAJI + VİDEO

2 May 2026 14:39
190
Bakıda yelkən həyəcanı: Dənizkənarı Bulvarda keçirilən reqatadan İDMAN.BİZ-in FOTOREPORTAJI + VİDEO

Bakı Bulvarında yelkən idmanı üzrə “Prezident Kuboku” reqatası keçirilib.

İdman.Biz-in məlumatına görə, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası xəbər verib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan reqata 2-3 may tarixlərində təşkil olunacaq. Yarışlar hər iki gün saat 11:00-da start götürəcək.

Reqatada ümumilikdə 30-a yaxın idmançı iştirak edib. Yarışlar iki kateqoriya üzrə keçirilib: 15 yaşadək yeniyetmələr “Optimist” sinfində, 15-19 yaşlılar isə ILCA-4 sinfində mübarizə aparıblar.

Turnir Bakı Bulvarında, “Yaxt Klub”un yaxınlığında baş tutub.

Qeyd edək ki, mükafatlandırma mərasimi sabah saat 18:00-da keçiriləcək.

İdman.Biz