Bakı bulvarında keçiriləcək yelkən idmanı üzrə “Prezident Kuboku”nun başlama vaxtı açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan reqata 2-3 may tarixlərində hər gün saat 11:00-da başlayacaq.
Qeyd edək ki, yarışlar Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında keçiriləcək.
