Yelkənçilərimiz Türkiyədə “Lorima Cup” reqatasında iştirak ediblər - FOTO

11 May 2026 17:25
122
Yelkənçilərimiz Türkiyədə “Lorima Cup” reqatasında iştirak ediblər - FOTO

Azərbaycan təmsilçiləri Türkiyənin Marmaris şəhərində yelkən idmanı üzrə “Lorima Cup” beynəlxalq reqatasında iştirak ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı “Xəzər” Yelkən Qayıqları İdman Klubu təmsil edib.

Komanda turnirdə səkkiz nəfərlik heyətlə çıxış edib.

Reqatanın yekun nəticələrinə əsasən, Azərbaycan komandası ümumi sıralamada səkkizinci yeri tutub.

İdman.Biz