Xəzər Universiteti Dünya Məktəbinin "Dunya Warriors" və Avropa Azərbaycan Məktəbinin "EAS Simurgh" reqbi klubları Qazaxıstanın Aktau şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak ediblər.
"Dunya Warriors" kollektivi qrup mərhələsində bir qələbə və bir heç-heçə əldə etməklə qrup birincisi kimi yarımfinala vəsiqə qazanıb.
"EAS Simurgh" qrup mərhələsinə qələbə ilə başlayıb, lakin ikinci oyunda məğlub olaraq qrup ikincisi olub və yarımfinala çıxıb.
Yarımfinalda iki Azərbaycan komandası üz üzə gəlib. Oyun Dünya məktəbi reqbiçilərinin qələbəsi ilə yekunlaşdı - 7:4.
Final qarşılaşmasında "Kaspiy Aktau" kollektivinə məğlub olan "Dunya Warriors" ardıcıl ikinci dəfə bu ənənəvi turnirin gümüş mükafatçısı olub.
