İyulun 11-də “Sea Breeze Resort”un ərazisində çimərlik reqbisi üzrə “Sea Breeze Rugby Cup” turniri keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda “Dunya Warriors”, “Baku Tigers”, “Sumqayıt Qasırğası” və Şamaxı Olimpiya Mərkəzinin komandası iştirak edib.
Yarış 14 yaşadək idmançılar arasında keçirilib.

Turnirin qalibi maksimum nəticə göstərən “Dunya Warriors” klubu olub. Komanda qrup mərhələsində üç qələbə qazanıb və bunun sayəsində birbaşa finala yüksəlib. Həlledici görüşdə “Dunya Warriors” prinsipial rəqibi “Sumqayıt Qasırğası”nı 3:2 hesabı ilə məğlub edərək yarışın əsas kubokunu qazanıb.

Bu uğur “Dunya Warriors” üçün 2026-cı ildə artıq üçüncü titul olub. Xatırladaq ki, komanda daha əvvəl reqbi-7 üzrə Şamaxı Olimpiya Mərkəzinin kubokunu qazanıb, həmçinin reqbi-15 üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının qalibi olub.
Gümüş medallar “Sumqayıt Qasırğası” komandasına qismət olub, “Baku Tigers”in oyunçuları isə turnirin bürünc mükafatçıları olublar.
