Amerika futbolunda unudulmaz epizod - VİDEO

Xəbərlər
21 Noyabr 2025 11:57
26
Amerika futbolunda unudulmaz epizod - VİDEO

ABŞ-ın NFL liqasında çıxış edən “Buf̧falo” klubunun oyunçusu Rey Devis mövsümün ən yaddaqalan epizodlarından birinə imza atıb.

İdman.Biz xəbər verir ki, müdafiə xəttindən aldığı topu bütün meydançanı qaçaraq qapı xəttinə daşıyan 24 yaşlı oyunçu epizodu möhtəşəm salto ilə tamamlayıb.

Hadisənin daha da simvolik tərəfi ondadır ki, Devis bu möhtəşəm “touchdown”u (topu rəqibin “end zone” adlanan xal zonasına aparmaq. 6 xal qazandırır) öz doğum günündə gerçəkləşdirib.

Rəqib müdafiəçiləri bir-birinə qataraq bütün meydanı təkbaşına qət edən gənc oyunçunun bu performansı sosial şəbəkələrdə geniş yayılıb və milyonlarla baxış toplayıb.

Ekspertlər Devisin bu qaçışını mövsümün ən yaxşı fərdi epizodları sırasında qiymətləndirirlər.

İdman.Biz

Məqalədə: