Yaponiyanın “Kyushu Electric Power Kyuden Voltex” klubunun reqbiçisi Saymoni Vunilagi Fukuoka şəhərində istivurmadan vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə ölkə çempionatının ikinci divizionunda çıxış edən klubun rəsmi saytı məlumat yayıb.
Komandanın açıqlamasında bildirilir ki, avqustun 3-də keçirilən məşqdən sonra Vunilagidə ağır istilik vurmasına xas simptomlar yaranıb. O, müalicə üçün tibb müəssisəsinə çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, avqustun 7-də vəfat edib.
“Avqustun 3-də, bazar ertəsi, komanda məşqindən sonra Saymonidə ağır istilik vurmasına xas simptomlar meydana çıxıb. O, müalicə üçün tibb müəssisəsinə çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, təəssüf ki, cümə günü vəfat edib. Futbolçular, heyət üzvləri və komanda ilə əlaqəsi olan hər kəs bu qəfil xəbərdən sarsılıb”, – deyə klubun açıqlamasında bildirilib.
Vunilagi Yaponiyaya Daito Bunka Universitetinə daxil olduqdan sonra gedib. Universiteti bitirdikdən sonra “Tokyo Suntory Sungoliath” komandasına qoşulub və üç mövsüm burada çıxış edib.
Reqbiçi cari mövsüm başlamazdan əvvəl “Kyuden Voltex”ə transfer olunub.
