İlin “zərbəsi” Amerika futbolunda baş verib - VİDEO

Xəbərlər
2 Dekabr 2025 17:09
46
İlin “zərbəsi” Amerika futbolunda baş verib - VİDEO

ABŞ-nin “New York Giants” komandasının oyunçusu Yonxo Ku matç zamanı topa vurmaq cəhdində uğursuzluğa düçar olub və bu epizod sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

İdman.Biz xəbər verir ki, hadisə “New England Patriots”a qarşı keçirilən görüşdə baş verib.

Matç “Giants” üçün 15:33 hesablı məğlubiyyətlə başa çatıb.

Azarkeşlər sosial şəbəkələrdə bu epizodu müzakirə edərək bildiriblər ki, “belə bir zərbə cəhdi həyatlarında heç vaxt görməyiblər və bunu “ilin zərbəsi” adlandırmaq olar”.

İdman.Biz

Məqalədə: