Azərbaycan idmançısı bürün medal qazanıb

Xəbərlər
7 İyul 2025 01:26
34
Azərbaycan idmançısı bürün medal qazanıb

Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, kanoe qayığında mübarizə aparan Azərbaycan təmsilçisi Tatyana Smilovenko üçüncü yer tutub.

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə bir nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Smilovenko Avropa çempionatının bürünc mükafatçısı olub.

İdman.biz