Azərbaycan Su İdman Növləri Federasiyasının təmsilçisi Polşanın Poznan şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, yarış avqustun 26-dan 30-dək davam edəcək.
Azərbaycanı dünya çempionatında Tatyana Smilovenko təmsil edəcək. Komandaya kanoe üzrə yığmanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.
Qeyd edək ki, Smilovenko iyulda Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.
