Mingəçevirdə Azərbaycan çempionatı keçiriləcək

28 Avqust 2026 18:15
100
Mingəçevirdə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Ölkə çempionatında Bakı və Mingəçevirdən 100-dən çox idmançı iştirak edəcək.

İdmançılar akademik avarçəkmə və kayak üzrə 1 və 2 nəfərlik, kanoe üzrə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.

Qeyd edək ki, yarış sentyabr-oktyabr aylarında keçiriləcək ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.

İdman.Biz