Azərbaycanlı kanoeçi Tatyana Smilovenko Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında yarımfinal mərhələsində çıxış edib.
İdman.Biz-in Polşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 22 yaşlı idmançı 500 metr məsafəyə yürüşdə mübarizə aparıb.
Smilovenko finişə 2 dəqiqə 23,37 saniyəyə çataraq yarımfinal yürüşünü dördüncü pillədə başa vurub.
Ona əsas finala yüksəlmək üçün cəmi 3,58 saniyə çatmayıb. Yarımfinal yürüşlərinin hər birindən yalnız ilk üç yeri tutan idmançılar əsas finala vəsiqə qazanıblar.
Azərbaycan təmsilçisi sabah - avqustun 29-da B finalında mübarizə aparacaq. Bu yürüşdə 10-18-ci yerlərin sahibləri müəyyənləşəcək. Bundan əlavə, Smilovenko həmin gün 200 metr məsafəyə yürüşdə yarımfinal mərhələsində də çıxış edəcək.
Qeyd edək ki, Tatyana Smilovenko 500 metr məsafədə 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatlarında iki dəfə medal qazanıb.
TikTok videosuna bax
