Avarçəkənimiz Bratislavada medal qazanıb

Xəbərlər
28 May 2024 14:43
105
Avarçəkənimiz Bratislavada medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası” keçirilib.

İdman.biz xəbər verir ki, yeniyetmə və gənclər arasında baş tutan reqatada Azərbaycan millisi 6 nəfərlik heyətlə təmsil olunub.

Komandamızın heyətində Paşa Əsgərov bürünc medal qazanıb. O, 5000 m məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.

Amil Ramazanov 200 m məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Yekun nəticədə Ramazanov ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.

İdman.biz

Məqalədə: