Gənc avarçəkənlərimiz beynəlxalq reqatada

Xəbərlər
23 May 2024 12:05
110
Gənc avarçəkənlərimiz beynəlxalq reqatada

Mayın 24-26-də Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.

İdman.biz xəbər verir ki, yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.

İdman.biz

Məqalədə: