Azərbaycan avarçəkənləri Gürcüstanın Poti şəhərində keçiriləcək beynəlxalq reqatada iştirak etmək üçün yola düşüblər.
İdman.Biz xəbər verir ki, iyulun 10-12-də təşkil olunacaq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası 12 idmançı ilə təmsil olunacaq.
Akademik avarçəkmə yarışlarında İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov və İsabala Dadaşzadə mübarizə aparacaqlar.
Kanoe növündə Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov medal uğrunda yarışacaqlar.
Kayak üzrə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə Azərbaycanı təmsil edəcəklər.
Yığmaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcəklər

