Avarçəkənimiz Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq

7 İyul 2026 11:17
77
Avarçəkənimiz Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq

Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə Azərbaycanın U-19 millisinin üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

İdmançı 11-12 iyulda Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, yarışa U-19 və U-23 yaş kateqoriyalarındakı idmançılar qatılacaqlar.

İdman.Biz