28 mart - 1 aprel tarixlərində Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən üzrə komandası Sloveniyanın Portoroz şəhərində keçiriləcək “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Yarışda ölkəmizi Kamal Bəşirli, Furkan Mustafayev, Nurlan Ağazadə, Amin Cəlilzadə, Səma Mansurzadə, Amira Bayramova və Emel Məmmədli təmsil edəcəklər.
Komandaya bu yarışda məşqçi Panagiotis Papadakis və komanda rəhbəri Burcu Algon Giorgianni köməklik edəcək.
