AKAF ilin ən aktiv idman qurumu seçilib

Xəbərlər
7 Dekabr 2023 14:15
AKAF ilin ən aktiv idman qurumu seçilib

Milli Olimpiya Komitəsi (MOK) 2023-cü ilin idman yekunlarına həsr edilən tədbir keçirib.

İdman.biz xəbər verir ki, “Olimpiya gecəsi” devizi altında keçirilən tədbirdə idman ictimaiyyətində müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.

2023-cü ildə “Prezident Kuboku-2023” və “Mingəçevir Reqatası-2023” beynəlxalq yarışlarını təşkil edən, ölkə xaricində müxtəlif beynəlxalq turnirlərdə ölkəmizi təmsil edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilin ən aktiv idman qurumu adına layiq görülüb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.

İdman.biz