Parapauerliftinq üzrə komandamız Tbilisidə Dünya Kubokunda

Xəbərlər
9 May 2025 19:51
34
Parapauerliftinq üzrə komandamız Tbilisidə Dünya Kubokunda

Parapauerliftinqçilərimiz mayın 10-12-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandamız turnirə 6 idmançı ilə yollanıb.

Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.

İdman.biz