Parakarateçilərimiz Avropa çempionatından üç bürünc medalla dönürlər

24 May 2026 17:28
121
Parakarateçilərimiz Avropa çempionatından üç bürünc medalla dönürlər

Parakarate üzrə Azərbaycan millisinin üzvü Vidadi Xalıqov Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, K30 kateqoriyasında mübarizə aparan idmançımız yarışı bürünc medalla başa vurub.

Vidadi Xalıqov üçüncü yer uğrunda görüşdə yunanıstanlı Lampos Karantonakisi (Lampos Karantonakis) məğlub edərək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında dünən keçirilən qarşılaşmalarda Fərrux Qaybaliyev və Aysel Əhmədli də bürünc medal qazanıblar.

İdman.Biz