Lamiyə Vəliyeva: "Bu, son deyil"

Xəbərlər
25 May 2024 17:54
143
Lamiyə Vəliyeva: "Bu, son deyil"

"Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. 4 qat dünya çempionu olmaq mənim üçün qürurverici bir hissdir.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib.

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında 100 m və 400 m məsafəyə qaçışda çempion ola təmsilçimiz Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib: “Dünya çempionatına çox güclü hazırlaşmışdım. Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha güclü hazırlaşacağam. Orada da Vətənimi layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Vəliyeva ümumilikdə dördqat dünya çempionudur.

İdman.biz