Bocciaçımız dünya reytinqində səkkizinci pilləyə yüksəlib

9 Sentyabr 2026 13:47
94
Bocciaçımız dünya reytinqində səkkizinci pilləyə yüksəlib

Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanan Azərbaycan bocciaçısı Sona Ağayeva reytinq cədvəlində səkkizinci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

O, sözügedən turnirdə 48 xal qazanıb. İdmançı bununla da xallarının sayını 74-ə çatdıraraq yeddi pillə irəliləyib.

Qeyd edək ki, boccia dəqiqliyə əsaslanan paralimpiya idman növüdür. O, müəyyən mənada kerlinqi xatırladır, lakin burada daşların əvəzinə toplardan istifadə olunur.

İdmançılar növbə ilə qırmızı və mavi topları atır və ya diyirlədirlər. Məqsəd topları kiçik ağ topa – “cek”ə mümkün qədər yaxın yerləşdirməkdir. Bununla yanaşı, rəqibin toplarını vuraraq kənarlaşdırmaq və ya “cek”in yerini dəyişmək də mümkündür. Bu səbəbdən bocciada təkcə dəqiqlik deyil, taktiki düşüncə də mühüm rol oynayır.

İdman.Biz