Yığmamızın dünya çempionatı üçün heyəti müəyyənləşib

Xəbərlər
16 May 2024 15:34
120
Yığmamızın dünya çempionatı üçün heyəti müəyyənləşib

Paraatletika üzrə Azərbaycan milli komandası Yaponiyanın Kobe şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, mayın 17-25-də baş tutacaq yarışda ölkəmizi yığmanın 5 üzvü təmsil edəcək.

Baş məşqçi Oleq Panyutin mundailda Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyevaya (qaçış) şans verəcək.

İdman.biz

Məqalədə: