Qazi parakarateçilərimiz Avropanı fəth edib

Xəbərlər
12 May 2024 17:17
291
Qazi parakarateçilərimiz Avropanı fəth edib

Qazi parakarateçilərimiz tarixi ilkə imza atıb.

İdman.biz xəbər verir ki, əlil arabasında cıxış edən I Qarabağ müharibəsi qazisi Eldar Əhmədov Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada Dövlət Himnimizi səsləndirib.

Digər parakarateçimiz - əlil arabasında çıxış edən Vətən müharibəsi qazisi Vidadi Xalıqov isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Beləliklə, Avropa çempionatları tarixində ilk dəfə olaraq Azərbaycan qaziləri fəxri kürsünün ilk iki pilləsində qərarlaşıblar.

Bundan əlavə, görmə qabiliyyəti zəif olanlar arasında Emilya Mitlinova və Nihat Məmmədzadə ikinci yeri tutublar.

İdman.biz