Parataekvondo millimizdən Prezident Kubokunda üç medal - YENİLƏNİB + FOTO

7 İyun 2026 22:51
962
Parataekvondo millimizdən Prezident Kubokunda üç medal - YENİLƏNİB + FOTO

Azərbaycan parataekvondo millisinin üzvləri Almaniyanın Nürnberq şəhərində keçirilən “Prezident Kuboku”nda uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, komandamız turniri üç medalla başa vurub.

K44 kateqoriyasında mübarizə aparan Sabir Zeynalov 58 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. İmaməddin Xəlilov 70 kq-da, Amin Əliyev isə 63 kq-da bürünc mükafata sahib çıxıblar.

Nürnberqdəki yarış Azərbaycan idmançıları üçün xüsusi əhəmiyyət daşıyıb. Turnirdə əldə olunan nəticələr Los-Anceles-2028 Yay Paralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.

Qeyd edək ki, parataekvondoçularımız üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən Qran-pridə də uğurlu nəticə göstəriblər. Həmin yarışda Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal qazanıb.

14:59

Azərbaycanın parataekvondo üzrə milli komandasının üzvləri Almaniyanın Nürnberq şəhərində keçiriləcək Prezident Kubokunda çıxış edəcəklər.

İdman.Biz xəbər verir ki, turnirdə ölkəmizi K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov 58 kq, Amin Əliyev 63 kq, İmaməddin Xəlilov 70 kq, qadınların mübarizəsində isə Səmayə Həsənova 47 kq çəki dərəcəsində təmsil edəcək.

Parataekvondoçularımızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Prezident Kuboku Azərbaycan idmançıları üçün xüsusi əhəmiyyət daşıyır. Nürnberqdə keçiriləcək turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

İdman.Biz