Paralimpiyaçılarımızın il ərzində qazandıqları medalların sayı açıqlanıb - FOTO

Xəbərlər
29 Dekabr 2023 13:36
182
Paralimpiyaçılarımızın il ərzində qazandıqları medalların sayı açıqlanıb - FOTO

Milli Paralimpiya Komitəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2023-cü ilin yekunları ilə bağlı paralimpiyaçılarla görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, vitse-prezidentlər İlham Zəkiyev və Fuad Hacıyev, Komitənin İdarə Heyətinin üzvü Jalə Əhmədova, çıxış edərək il sonu və qarşıdan gələn yeni təqvim ili üçün gözləntilərini və planlarını təqdim ediblər.

Görüş zamanı 2023-cü il ərzində Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqqında idmançılara ətraflı məlumat verilib. Eyni zamanda, Komitənin tədbirlər planı, 2023-cü ilin maliyyə hesabatları təqdim olunub, növbəti ilin büdcə layihəsi, həmçinin, beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə çıxış edilib.

İdman sahəsində əldə olunan uğurlardan bəhs olunaraq, paralimpiyaçılarımızın beynəlxalq yarışlarda 27-si qızıl, 31-i gümüş və 28-i bürünc olmaqla, ümumilikdə, 86 medal qazandığı diqqətə çatdırılıb. Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi, oyunların Təşkilat Komitəsi ilə keçirilən görüşləri barədə danışılıb.

Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəznində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıq turu keçirilərək, paralimpiyaçılar üçün mövcud imkanlar müzakirə olunub.

Sonda isə VII Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən baş məşqçilərə təşəkkürnamə təqdim olunub.

İdman.biz

Məqalədə: