Daha bir ölkə Paralimpiya Oyunlarının açılışını boykot edəcək

4 Mart 2026 18:41
190
Daha bir ölkə Paralimpiya Oyunlarının açılışını boykot edəcək

Almaniya idmançıları 6 martda Veronada keçiriləcək 2026 Paralimpiya Oyunlarının açılış mərasimini buraxacaqlar.

Bunun səbəbi rusiyalıların və belarusluların yarışa qatılma hüququdur. Onlar əvvəllər Beynəlxalq Paralimpiya Komitəsindən (IPC) dəvət almışdılar və öz ölkələrinin bayraqları altında yarışa biləcəklər.

Almaniya Paralimpiya Komitəsi IPC-ni tənqid edərək qeyd edib ki, Baş Assambleyanın və İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya və Belarusla bağlı qərarlarında hər iki ölkəni Oyunlara dəvət etmək üçün “heç bir öhdəlik” yoxdur.

Ukrayna, Finlandiya, Litva, Çexiya, Estoniya, Polşa və Hollandiya nümayəndə heyətləri də əvvəllər açılış mərasimini buraxacaqlarını açıqlamışdılar.

Parimpiya Oyunları 6-15 mart tarixlərində Milan və Kortina d'Ampezzoda keçiriləcək.

İdman.Biz
Məqalədə: